۱/۱۰/۱۳۹۱

PKK Terrör Örgütünün Güney Azərbaycanın Batı Bölgəsindəki Bəzi Düşərgələrinin Koordinasiyaları

90-lı İllərdə PKK Terrör Örgütünün  Güney Azərbaycanın Batı Bölgəsindəki Bəzi Düşərgələrinin Koordinasiyaları 
Aslan Urmulu
1. Piran dərəsi- Salmas Şəhəri Türkiyə sınırları(sərhəd) yaxınlığı- Şəpiran kənd yerləri Xənavin və Kalik kəndləri arasında- Türkiyə Sınırına 3 Km qalan.
Açıqlama : Qeyd edilən PKK düşərgəsi Xəstəxana avadanlıqları , benzin və neft tankları , soyuq və isti su hamamları baxımından o bölgədəki rəsmi İran qarnizonlarından daha donanımlıdır.
2.Qalaraş hündürlükləri-Salmas- Şəpiran kənd yerləri Aşağı Qalaraş Kəndi 
Açıqlama : Toplamda 500dən artıq nəfərlik sığınacaq kapasitəsi olan siçeşitli hospizləri və ideolojik və partizani savaş eyitim siniflərini qapsamaqdadır. Qalaraş düşərgəsindən mərkəzi düşərgə olaraq istifadə edilir. silahlı PKKlı Terröristlər orda istirahət edib operasyon zamaninda Piran dərəsinə keçirlər. bu düşərgədən Propaganda və militan toplama amacıla da istifadə edilir.Propaganda və bəzən də zoraqılıqla Türkiyə sınırındakı gəncləri cəzb edib ilkin eyitim almaları üçün Urmiye şəhərindəki düşərgələrinə yolluyurlar. yetərli eyitim aldıqdan sonra Qalaraş düşərgəsinə qayıdırlar.
3. Abşar dərəsi - Salmas 0 Şəpiran kənd yeri - Həştrak Urtanus Gərikan kəndləri arasında
Açıqlama : Bu düşərgə keçici düşərgə olaraq istifadə edilir və buradan İran və Türkiyə dövlətlərinin Savaş sınır hərəkətləri Qalaraş və Dərəpiran Düşərgələrinə raport edilir.
Terrör Örgütü PKKnın Düşərgə Yerlərinin Seçilməsi:
PKK düşərgələri stratejik baxımdan elə seçilir ki heç bir nəqliyyat vasitəsi üçün o nöqtəyə çatabilmə coğrafik açıdan mümkün olmasın və sadəcə at və bənzər heyvanlar aracılığıla ya da Yürüməklə ulaşılsın. Piran dərəsi, yerləşim mövqeyi səbəbiylə ətraf hündürlükləri (dağlar)nin bütün qar və yağmur sularının axımını özünə doğru cəlb edir və bu dərənin sonunda bir şəlalə ilə sonlanır. bu sudan hamam üçün ,xəstəxanada habelə içəcək su kimi istifadə edilir.
ötə yandan bu dərə Şirvani kəndini Kalik dərəsinə bağlayan Şirvani adlı dərəylə də bitişir və oradan Türkiyə sınırında sonlanır. bu keçid isə qaçaq malın daşındığı qaçaqçılıq yoludur.
Terrör örgütü PKKnın Ən Böyük Gəlir Qaynağı Olan Narkotik Maddə Ticarət və Daşıması:
Qalaraş hündürlükləri - bu keçiddən narkotik maddə daşıması üçün istifadə edilir və avropada istifadə edilən narkotik maddənin yüzdə 60ı yalnız bu keçiddən daşınır. bu keçidin aşılması coğrafiya baxımından çox çətin hətta imkansız olduğuna görə heç bir patrul ekibi göndərilib kontrol edilə bilməz. buradakı yanlız silahlı güc Terrör örgütü PKKdır bu nədəndən dolayı narkotik ticarətindən böyük bir prim əldə edərək qaçaqçıları Türkiyə sınırlarına qədər rəhbərlik edir.
90lı İllərdə Bölgənyə Yaxın Qarnizonlarda Xidmət Etmiş Bir Əsgərin Xatirəsi : 
çoxunluqda Türkiyənin təklifi ilə İran və Türkiyə dövlətlərinin dövlət adamları və sərhəd qoruyucularının görüş keçirdiyi 1996 ilində bizim birliklərə operasyon keçirmək üçün Piran dərəsinə göndərilməmiz əmr edildi ki bu vasitəylə Türkiyə dövlətinə yaxşı niyyətli olduğumuz göstərilsin. çünkü bundan neçə gün əvvəl PKK terrörçularının Türkiyənin Kızılca qarnizonuna saldırısından xəbərdar olmuşdum və bu hadisədə 8 Türkiyə əsgərinin başı kəsilmişdi.
əmiri aldığım an könüllü olaraq operasyon qurupunun komanderliyini qəbul etdim. bir saat içərisində bölgəyə yetişdik və 106 topu və havan topu kimi ağır silah vasitəsi ilə bölgəni atəş altında tutduq daha sonra 5 dostum və bir əsgər ilə birlikdə Piran dərəsinə keçdik və partizani bir şəkildə düşərgəyə daxil olduq. çox ehtiyatlı davranaraq onların bir yataqxanalarını əl bombasıyla partlatdıq. bir dəqiqə yeni başa düşdük ki düşərgədə kimsə yoxmuş. təhqiqatımız nəticəsinda anladıq ki PKKlilara bölgəni tərk edib xılas olmaları üçün öncədən xəbər verilmişdi.
ağlı yerində olan hər bir insan bir saat içində bir terror təşkilatının operasyondan xəbərdar olub bölgəni boşaldacağının mümkün olmadığını başadüşəbilər bu səbəbdən anladıq ki İranın istixbarat orqanı tərəfindən onlara 2 gün öncədən xəbər verilmişdi. yəni başqa bir ifadəylə İran və Türkiyənin apardığı müzakirələrdən sonra və alınan qərarın ardından bizə operasyon əmri verilmədən 48 saat əvvəl İran dövləti PKK birliklərinə bölgəni boşaltma əmri vermişdir.
düşərgəni aramaya qərar verdik və başadüşdük ki bütün xəstəxanaya aid vəsilələr, silah sursat və irtibat vasitələri özləri ilə birlikdə götürüblər. amma bəzi vəsilələr o cümlədən şarj batareyası (İran Niru markasıyla), Gülbaft adlı İranın Məşhəd şəhərindəki fabrikada istehsal edilən blanket və habelə zəruri olmayan əşyaları buraxıblar.
Silah Daşınması: 
Piran dərəsiylə qonşu olan Sarı Çiçək dərəsi keçidindən bir neçə dəfə silah daşınmasını görüb üst məqamlara raport vermişdik və yazılı cavab alabilməmişdik lakin bütün birliklərimizə bu haqqda səssiz qalıb heç bir iş görülməməsi əmiri verilmişdir(bu məna da ki bu işə mudaxilə etmək sizin görəv əhatənizdə deyil deyə!!). artırmalıyıq ki bu keçiddən Türkiyə daxilinə silah sursat daşınırdı.

هیچ نظری موجود نیست:

ارسال یک نظر